- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Sabah Saxa vilayətinin paytaxtı Yakutskda sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, gənclər arasında ənənəvi yarışda biz də varıq. 2-güklük sınaqda millimizin böyük məşqçisi Cəbrayıl Həsənovun rəhbərliyi ilə Murad Haqverdiyev (57 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (74 kq) çıxış edəcəklər.
Hər 3 güləşçi 2 il əvvəl Bakıda qitə gənclər olimpiya festivalının mükafatçısı olub. Heydər Əliyev adına idman arenasında keçirilən yarışda ilk 2 adı çəkilən qızıl, digəri gümüş medal qazanıb.
Bundan başqa, Sabir yeniyetmələr arasında Avropa çempionu, Murad yeniyetmələr arasında Avropa 2-cisi və dünya 3-cüsü, Cəbrayıl isə yeniyetmələr arasında dünya çempionu və Avropa 2-cisi olub.