Cənub bölgələrinə səfər

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir.

Allsport.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, futbolun inkişaf fondunun icraçı direktoru Tural Piriyev və inkişaf strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.

Səfər Biləsuvar və Cəlilabadda başlayıb. AFFA rəsmiləri orada olimpiya idman komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.

Daha sonra Lənkəran olimpiya idman kompleksinə baş çəkilib. AFFA nümayəndələri kütləvi futbol turniri çərçivəsində uşaqlar arasında beynəlxalq futbol gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib.

Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.

Səfərin sonunda AFFA rəsmiləri Salyan olimpiya idman kompleksində mövcud infrastrukturla tanış olublar.

Həmin kateqoriyadan