“Çətin, amma vacib qələbə oldu”

Azərbaycan basketbol liqasının V turunun “Sərhədçi” – “Sabah” (64:67) oyunundan sonra qonaq komandanın baş məşqçisi Rimas Kurtinaytis mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı oyunun çətin keçdiyini deyib:

“Oyunun əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi. Bərpa üçün vaxtımız az oldu. Buna baxmayaraq fasilədən sonra sürəti artıraraq aqressiv oynadıq və bunun sayəsində 19 xallıq fərqi aradan qaldırmağı bacardıq. Çətin, amma vacib qələbə oldu. Bütün oyunçularıma xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Basketbolçularımızın döyüşçü keyfiyyətləri sayəsində biz bu oyunda geridönüş etdik”.

Həmin kateqoriyadan