- Baxış sayı: 190
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Bu mövsüm qadın voleybolçuların ölkə çempionatının daha maraqlı keçəcəyi gözlənilir. Yeni yaranan klublar var. Onlardan biri “Turan”dır; Tovuzu təmsil edir. Klubun futbol üzrə ölkə çempionatında çıxış edən “Turan Tovuz”la birbaşa bağlılığı yoxdur. Komandanın prezidenti gənc iş adamı Həsən Zeynalovdur. Onun 30 yaşı var. Debütantın iddiası böyükdür.
Allsport.az saytının əldə etdiyi məlumata görə, komandanı yeni mövsümdə Ziya Rəcəbov çalışdıracaq. O, 2016-cı ildə “Azəryol” ilə CEV kubokunda 3-cü yer tutub; 2019-2020 mövsümündə İndoneziyada qadın voleybolçulardan ibarət “Cakarta” klubunu ölkə çempionu edib. Onun son iş yeri “Xarı Bülbül” olub. Şuşa təmsilçisi 2023-2024 mövsümündə çempionluğa yaxın olsa da, sonradan müəyyən səbəblərdən çıxışını dayandırmaq məcburiyyətində qalıb.
Rəhbərlik işə sevgi və peşəkarlıqla yanaşır. Bu üzdən “Turan”ın başbilənləri son anda yerli mütəxəssisin üzrərində dayanıb. Öncə namizəd olaraq braziliyalı göstərilib. Onu müqavilədən günlər ayırıb. Amma adı çəkilən məşçinin işsiz olduğunu bilən Həsən Zeynalov tərəddüd etmədən Ziya Rəcəbovu “Turan”a dəvət edib.
Heyətin qurulmasında milli idman brendi “İl’Azero”nun sahibi, ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevin yaxın dəstəyi olub. Kollektiv bir müddətdir təlim-məşqə başlayıb. Yaxın günlərdə klubun təqdimatı göslənilir.
Kamran HACI