Çalxanoğlu qalır, ya gedir?

“İnter”in yarımmüdafiəçisi Xaqan Çalxanoğlu yay transfer pəncərəsində klubu tərk edə bilər.

Allsport.az xəbər verir ki, 32 yaşlı türkiyəli futbolçu ilə “neradzurri” arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayanıb.

Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər olan təcrübəli oyunçunun bu mövsüm keçirdiyi zədələr və buraxdığı matçlar klub rəhbərliyinin qərarına təsir edən əsas amillərdəndir. Əgər yaxın aylarda ortaq məxrəcə gəlinməsə, Milan təmsilçisi ulduz futbolçunu yayda satmağı planlaşdırır.

2021-ci ildən “İnter”də çıxış edən Çalxanoğlu cari mövsümdə 25 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray” və “Fənərbağça” kimi klubların yarımmüdafiəçinin xidmətində maraqlı olduğu bildirilir.

Həmin kateqoriyadan