- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 12-ci turunda keçirilən AZAL – “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə ilə başa çatıb – 3:3. Allsport.az xəbər verir ki, 3 və daha artıq qol vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf olunub.
Azərbaycan çempionatları tarixində 11-ci dəfədi ki, 6 və daha çox qolun vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10 dəfə belə hal yaşanmışdı. Mütləq rekord isə 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) – “Turan” (Tovuz) qarşılaşmasına məxsusdur – 6:6. Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.
Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev oyununda 3 qol vurub, 1 xal qazanıb.
21.05.1995. Bakı fəhləsi (Maştağa) – İnşaatçı (Bakı) – 3:3
01.06.1992. Kürmük (Qax) – Kəpəz (Gəncə) – 4:4
26.02.1995. Xəzər (Sumqayıt) – Pambıqçı (Neftçala) – 3:3
02.08.1995. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 3:3
25.04.1999. Viləş (Masallı) – Turan (Tovuz) – 6:6
14.05.2000. Turan (Tovuz) – Şəmkir – 3:3
02.08.2003. Bakılı – Dinamo (Bakı) – 3:3
28.04.2007. Karvan (Yevlax) – Gilan (Qəbələ) – 3:3
20.04.2008. Bakı – Karvan (Yevlax) – 3:3
27.09.2009. Olimpik-Şüvəlan (Bakı) – Turan (Tovuz) – 3:3
20.11.2014. AZAL – Qəbələ – 3:3