Cavid İmamverdiyev: “Bu işdə kimin əziyyəti varsa, hamısına minnətdaram”

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, yarımmüdafiəçi FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxardığı qərara münasibət bildirib:

“Əvvəla “Neftçi” rəhbərliyinə, mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm ki, mənə sahib çıxdılar. Bu işdə kimin əziyyəti varsa, hamısına minnətdaram. Hazırda zədəlilərimiz də çoxdur, inşallah, mən də 2-3 oyuna əvvəlki formamı bərpa edərəm”.

Cavid İmamverdiyev həmçinin azarkeşləri komandaya dəstək olmağa çağırıb: “Azarkeşlər mənim ürəyimdir. “Neftçi” azarkeşləri həmişə mənim ürəyimdə yaxşı kimi qalıb və qalacaqlar. Onlardan xahişim budur ki, komandanı çətin vəziyyətdə tək qoymasınlar. Biz onları sevirik, həmişə onları dəstəkləyirik. Onlarsız “Neftçi” heç nədir”.

Həmin kateqoriyadan