- Baxış sayı: 21
- 23 Dekabr 2025 12:35
- Baxış sayı: 123
- Dekabr 22, 2025
- 0


“Çelsi” müdafiəçisi Aaron Anselminonu “Borussiya Dortmund”dan geri qaytara bilər.
Allsport.az xəbər verir ki, London klubu 20 yaşlı futbolçusunun icarə müqaviləsinə qışda vaxtından əvvəl xitam vermək hüququndan istifadə etməyi düşünür.
Buna səbəb oyunçunun bud nahiyəsindəki zədə üzündən müqavilədə qeyd olunan minimum oyun vaxtını tamamlamamasıdır.
Aaron Almaniyadakı karyerasından razı olsa da, yekun qərarı “Çelsi” verəcək. Anselmino bu mövsüm Dortmund təmsilçisinin heyətində 9 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.