“Çempionat çox maraqlı keçir”

MOİK VK-nın baş məşqçisi Cavid Süleymanov açıqlama verib. Allsport.az xəbər verir ki, o, “Gənclər” komandasına qarşı oyun haqda danışıb:

“Gənclər”ə qarşı gərgin oyunumuz oldu. Çempionatın gənclərdən təşkil olunmuş iki komandasının qarşılaşması həqiqətən də gözlənildiyi kimi çox maraqlı keçdi. Artıq iki aydır ki, çempionat davam edir. Fikrimcə, bu oyun ən maraqlı qarşılaşmalardan oldu. Biz qələbə qazandıq, amma “Gənclər” komandası həqiqətən çox gözəl oyun göstərdi. Rəqibin təcrübəli iki oyunçusu bizim işimizi çətinləşdirdi.

İnanıram ki, bu gün gənc oyunçulardan formalaşan bu iki komandada yer alan voleybolçular yaxın iki ildə əsas millidə çıxış edəcəklər.

Ümumilikdə, çempionat çox maraqlı keçir. Düşünürəm ki, “Azərreyl” yarışın surpriz komandasıdır, “Neftçi” klubu da son oyunlarda məğlub olmasına baxmayaraq, ən təhlükəli komandadır. “Xilasedici” və “Murov Az Terminal” isə yarışın liderləridir. Məncə, pley-off oyunları daha maraqlı olacaq”.

Həmin kateqoriyadan