Çempionlar Liqasında 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələlərinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ” da rəqibini tanıyıb.

Öncə birinci təsnifat mərhələsinin püşkü atılıb:

1. “Linkoln Red İmps” (Cəbəllütariq) – “Santa Koloma” (Andorra)
2. “Kruseyders” (Şimali İrlandiya) – “Levadiya” (Estoniya)
3. “Pünik” (Ermənistan) – “Folqore” (San-Marino)
4. “Torshavn” (Farer adaları) – “Nyu-Seynts” (Uels)

Qeyd edək ki, ÇL-in ilk təsnifat mərhələsinin ilk oyunları 30 iyun/1 iyulda, cavab görüşləriisə 7/8 iyulda baş tutacaq.

Daha sonra isə ikinci təsnifat mərhələsində üz-üzə gələcək cütlüklər müəyyənləşib. Azərbaycan çempionu da mübarizəyə bu mərhələdən başlayacaq. Komandamız Çernoqoriya “Rudar”ı ilə qarşılaşacaq.

Digər cütlüklər isə aşağıdakı kimidir:

“Hibernians” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail)
APOEL (Kipr) – “Vardar” (Makedoniya)
“Qarabağ” (Azərbaycan) – “Rudar” (Çernoqoriya)
“Sarayevo” (Bosniya və Herseqovina) – “Lex” (Polşa)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan)
BATE (Belarus) – “Dandalk” (İrlandiya)
HJK (Finlandiya) – “Ventspils” (Latviya)
“Mitdyulland” (Danimarka) – 1-cü cütün qalibi
“Molde” (Norveç) – 3-cü cütün qalibi
“Malmö” (İsveç) – “Jalgiris” (Litva)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya)
“Trençin” (Slovakiya) – “Styaua” (Rumıniya)
“Partizan” (Serbiya) – “Dila” (Gürcüstan)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova)
“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya)
“Şkenderbeu” (Albaniya) – 2-ci cütün qalibi
4-cü cütün qalibi – “Videoton” (Macarıstan)

İkinci təsnifat mərhələsinin oyunları 14/15 və 21/22 iyul tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan