- Baxış sayı: 34
- 21 Yanvar 2025 22:11
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
«Avropa Çempionlar Liqasında qarşımıza yüksək vəzifə qoyulub. Əlbəttə, ilk növbədə qrup mərhələsini adlamalıyıq. Ondan sonra, Allah qoysa, daha yaxşı olar». Bu açıqlamanı allsport.az saytına «Azəryol» klubunun aparıcı voleybolçusu Kseniya Poznyak verib.
Qitənin ən nüfuzlu turnirin ilk turunda evdə Fransa «Nant»ını məğlub edən «xallı bəbirlər» startı yaxşı başlayıb. Blok oyunçusunun sözünə görə, komandası cari mövsümdə yeniləşib:
«Bu il «Azəryol»a təzə voleybolçular gəlib. Onların kollektivə uyğunlaşması üçün zaman lazımdır. Bir müddətdən sonra komanda oyununu tapıb, müsbət cəhətləri müəyyənləşdirib, mənfinin üzərində işləməliyik. Biz bunu etməyə çalışırıq. Baxmayaraq ki, heç də həmişə istədiyimiz kimi alınmır».