- Baxış sayı: 43
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Rusiya buzüstü rəqslərində daha bir diqqətçəkən dəyişiklik baş verib. Allsport.az xəbər verir ki, tanınmış duet İrina Xavronina və David Narijnı məşqçi Denis Samoxinlə yolunu ayıraraq Aleksandr Julinin komandasına keçib. Cütlük artıq yeni məşqlərə də start verib.
Xavronina və Narijnı ilə Samoxin arasında narazılıqlar təxminən bir ay əvvəl başlayıb. Əvvəlcədən planlaşdırılmış ABŞ təlim-məşq toplanışı son anda ləğv edilib və duet Rusiyada qalıb. Maraqlıdır ki, Samoxinin oğlu Matvey və tərəfdaşı Yelizaveta Maleyna xaricdə məşqlərini davam etdiriblər.
İrina və David son mövsümlərdə Samoxinlə ciddi uğur əldə etmişdilər. Əvvəlcə şübhə ilə yanaşılan duet, zamanla özlərini təsdiqləmiş və yığma komandada əsas yerə sahib olmuşdu. Mütəxəssislər onların birinci nömrəyə çevriləcəyini proqnozlaşdırırdılar.
Lakin Aleksandr Julinlə əməkdaşlıq mütəxəssislər arasında narahatlıq doğurur. Son illərdə onun rəhbərliyində çalışan bir çox duet ya zəif çıxış edib, ya da ümumiyyətlə fəaliyyətini dayandırıb. Stepanova və Bukin yalnız mövsümün ikinci yarısında əvvəlki səviyyələrinə qayıda biliblər. Digər duetlər – Tütünina/Baqin və Şanaeva/Drozd – uğursuzluğa düçar olub. Yeganə istisna olan Xudayberdiyeva və Bazin isə stabillik qazansalar da, ciddi irəliləyiş göstərməyiblər.
Ekspertlər Julinin artıq yeni duetlər üçün effektiv metodlara malik olmadığını qeyd edirlər. Onun hazırkı yanaşmasının Xavronina və Narijni üçün təhlükə yarada biləcəyi bildirilir – çünki duet hələ yeni formalaşıb və öz üslubunu tapmaq mərhələsindədir. Onların yeni komanda ilə nəticələri artıq bu payız bəlli olacaq.

