- Baxış sayı: 36
- 17 Yanvar 2025 21:44
- Baxış sayı: 91
- Yanvar 17, 2025
- 0
Azərbaycan basketbol liqasının XI turunun “Sabah” – “Sərhədçi” (85:78) oyunundan sonra “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, latviyalı çalışdırıcı oyun haqda bunu deyib:
“Hakimlik haqqında danışmaq istəmirəm. Bu, mənim səviyyəm deyil. Amma bəzi məqamları da qeyd etmək lazımdır. Oyun ərzində rəqib 38, biz isə 20 sərbəst atış yerinə yetirdik. Bizim yerinə yetirdiyimiz sərbəst atışlar oyunun sonlarında qeydə alındı. Buna da səbəb rəqibin son 5 dəqiqədə aşırı aqressiv oyunu idi. Düşünürəm ki, liqanın səviyyəsinin artması klublarla yanaşı, həm də hakimliyin inkişafından asılıdır. Basketbolçularımız bu oyunda xarakter nümayiş etdirdilər. Bilirik ki, çempionluğu qorumaq onu qazanmaqdan daha çətindir. Çempiona qarşı mübarizə aparmaq isə rəqibləri həmişə ikiqat motivasiya edir. Yeni oyunçumuzun fiziki göstəricilərini bəyənirəm. Hətta deyərdim ki, Avroliqa standartlarına uyğundur. Heyətimiz yenilənir. Bu isə uzunmüddətli planlar qurmağımıza çox kömək edir”.