- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Mayın 10-da həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək.
Allsport.az xəbər verir ki, final mərhələsində I-IV yerlər uğrunda yarışan qadınlardan ibarət “Kür” komandası həmin gün saat 11:00-da “İdman Akademiyası” ilə qarşılaşacaq. Saat 13:00-da “AHF Arena”nın meydançası kişilərdən ibarət “Azəryol” və “Qarabağ” kollektivlərinin ixtiyarına veriləcək.
Ardınca arenaya qadınlardan ibarət “Azəryol” və “Qarabağ” komandaları çıxacaqlar. Görüşün start fiti saat 15:00-da səslənəcək. Günün daha bir canlı yayımlanacaq matçında isə kişilərdən ibarət “Kür” və “Bakı” üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlanacaq.