- Baxış sayı: 37
- 22 Mart 2026 15:42
- Baxış sayı: 134
- Mart 22, 2026
- 0
Topaz Premyer Liqasının 15-ci turu Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.
Hazırda “Sumqayıt”ın şərəfini qoruyan milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner kimi də tarixə düşüb.
Yubileyi “Simurq”la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.
Qeyd edək ki, Azərbaycan çempionatlarının oyun sayında rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var.