- Baxış sayı: 110
- 25 Mart 2026 16:38
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Bu gün Avropa voleybol konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan voleybol federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüblər. Allsport.az xəbər verir ki, GİN-in voleybol mərkəzində baş tutan toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzu edib. O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
Tədbirdə AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Çingiz Axarçeşmə çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.