- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bilgəhdə çimərlik güləşi üzrə “Kings of sand” kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yerli yarış 4 çəkidə baş tutub. Azərbaycan güləş federasiyası və su idmanı sarayının birgə təşkilatçılığıyla turnirdə ilk 3 yeri tutan güləşçilərə medal, diplom və pul mükafatları təqdim olunub.
Görüşlər AGF hakimlər kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi ilə milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.
Çimərlik güləşi üzrə yığmanın baş məşqçisi Oyan Nəzəriani, məşqçi Ağahüseyn Mustafayev və yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzovun nəzarəti altında keçirilən sınaq gərgin mübarizə şəraitində keçib:
50 kq
1. Ruslan Abdullayev
2. Hacı Kərimov
3. Şahin Quluzadə
70 kq
1. Rübail İbrahimli
2. Babək Hüseynli
3. İsbər Əkbərli
80 kq
1. Fərid Cabbarov
2. Səbuhi Əmiraslanov
3. Omid Kamaliaqdam
90 kq
1. İbrahim Yusubov
2. Tuncay Vəzirzadə
3. Zəfər Əliyev