- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çimərlik güləşi üzrə məşqlər davam edir. Allsport.az saytı xəbər verir ki, hava şəraitinin münasib olması intensiv çalışmaya imkan verir. Plana uyğun olaraq, həftədə 3 dəfə çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani, gənclərdən ibarət yığmanın məşqçisi Nazim Əlicanov və digər məşqçilərin nəzarəti altında əsasən 2005-07 təvəllüdlü idmançılar üçün dəniz kənarında məşqlər təşkil olunur. Hazırlıqda həm sərbəst, həm də yunan-Roma güləşçiləri iştirak edir. Bu məşqlər sayəsində yeniyetmələr çimərlik güləşinin qaydaları ilə tanış olur və bu istiqamətdə təcrübələrini artırırlar.
Xatırladaq ki, çimərlik güləşi 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək yeniyetmələrin yay olimpiya oyunlarında yer alacaq. Güləşin bu növünün yaxın gələcəkdə böyüklərin Olimpiadasının proqramına salınacağı da gözlənilir. Onu da qeyd edək ki, tezliklə olimpiya güləş mərkəzinin ərazisində istifadəyə veriləcək çimərlik güləşi üzrə qapalı məkan soyuq hava şəraitində burada çimərlik güləşi üzrə məşqlər keçməyə imkan verəcək.