Çimayev ilin ən yaxşısı seçildi

BƏƏ-ni təmsil edən çeçen mənşəli MMA döyüşçüsü Həmzət Çimayev Çeçenistanda keçirilən “Ondalla-2025” milli idman mükafatının təqdimetmə mərasimində “İlin idmançısı” nominasiyasında qalib olub.

Allsport.az xəbər verir ki, mükafatı idmançıya Çeçenistan respublikasının rəhbəri Ramazan Qədirov təqdim edib.

Qədirov Çimayevi müasir MMA elitasının parlaq nümayəndəsi adlandıraraq onun uğurlarını yüksək qiymətləndirib.

31 yaşlı döyüşçü bu ilin avqustunda UFC 319 turniri çərçivəsində cənubi afrikalı Drikus dü Plessini məğlub edərək orta çəkidə çempionluq kəmərinə sahib çıxıb. Hazırda Çimayevin aktivində 15 döyüşdə 15 qələbə var.

Həmin kateqoriyadan