- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın “Salamat qalan” televiziya şousunda 2 dəfə iştirak edən Yanita Yançevanın həyatı əsl nağıl kimidir. Allsport.az saytının məlumatına görə, 33 yaşlı gözəlçə liman və kurort şəhəri Varnada doğulub.
7 yaşına qədər bədii gimnastika ilə məşğul olub, amma son 5-6 ili fitnesdə keçirir. O, cinayət hüququ üzrə ixtisaslaşmış hüquqşünaslıq fakültəsinin məzunudur. Hərçənd bir il sonra başa düşdü ki, bu onun həyat yolu deyil.
İdmançı bədəni və parlaq görünüşü Yanitanı fitnes və dəb dünyasında əsl sensasiya edib. Bu gün o, dünyanın ən məşhur modellərindən biridir və 1,7 milyon İnstaqram izləyicisi onun məşhurluğunun çox yaxşı sübutudur.