- Baxış sayı: 102
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
Milli olimpiya komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda səfərdə olan Kikboksinq təşkilatları dünya assosiasiyasının (WAKO) prezidenti Roy Beyker ilə görüşüb. Allsport.az xəbər verir ki, toplantıda o, ölkəmizdə bu idman növünə böyük maraq olduğunu deyib.
Əlavə edib ki, Azərbaycan milli olimpiya komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevin qeyri-olimpiya idman növlərinin inkişafına da diqqət göstərilməsini vacib hesab etdiyini bildirib.
Karatenin Tokio olimpiadasının proqramına salınmasından danışan vitse-prezident deyib: “İlk dəfədir ki, karate olimpiya oyunlarının proqramına salınıb. Bu, bizi sevindirir. Çünki olimpiya oyunlarına lisenziyanı təmin edən və dünya miqyasında tanınan karateçilərimiz Tokioya medal qazanmaq üçün yollanacaqlar”.
Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O, təmsil etdiyi idman növünün idman fəlsəfəsinə yenilik qatdığını da bildirib: “Kikboksinq yıxılmağı və ayağa qalxmağı öyrədir. İdmanın bu növündə qələbə qədər məğlubiyyətdən sonra da davam etməyin mümkünlüyü təlqin olunur”.
Kikboksinqin gənc nəslin marağına səbəb olduğunu bildirən Roy Bayker vurğulayıb ki, bu, idman növü qadınlar arasında da populyardır. Əgər karatedə qadınların iştirakı 27, boksda cəmi 12 faizdirsə, kikboksinqdə bu göstərici 34 faizə çatır. Bu da bizi sevindirir. İldə kikboksinq üzrə 1300 tədbir keçirilir. Dünyada kikboksinqlə məşğul olan insanların sayı 5,2 milyona çatır.
Sonunda Çingiz Hüseynzadə WAKO prezidentinə MOK-un xatirə hədiyyələrini təqdim edib.