ÇL-in finalı “Velodrom”da?

Marsel merinin idman üzrə köməkçisi Sebastyen Cibrael çempionlar liqasının 2026/27 mövsümünün finalının “Velodrom”da keçirilməsini təklif edib. Allsport.az saytı xəbər verir ki, 2027-ci ildə həlledici görüş “San Siro”da oynanmalı idi.

Lakin çərşənbə axşamı UEFA stadionun və onun ətrafının təsirə məruz qalmayacağına dair Milan şəhərinin zəmanəti olmadığına görə, arenanın matçı keçirmək hüququnu ləğv edib.

2026/27 mövsümündə ÇL-in finalına ev sahibliyi etmək üçün ərizələrin qəbulu bərpa edilib. Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir.

“Velodrom” 67 mindən çox tamaşaçı tutumuna malik “Marsel”in ev stadionudur.

Həmin kateqoriyadan