- Baxış sayı: 31
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Dünyanın yeddinci tennisçisi Novak Cokoviç karyerasında 14-cü dəfə ABŞ açıq çempionatının təkli yarışında yarımfinala yüksəlib.
Allsport.az xəbər verir ki, serbiyalı idmançı ATP reytinqində dördüncü olan amerikalı Teylor Fritsi dörd setdə – 6:3, 7:5, 3:6, 6:4 hesabı ilə məğlub edib.
Cokoviç ABŞ açıq turnirinin yarımfinallarında iştirak sayına görə amerikalı Cimmi Konnorsa məxsus nəticəni təkrarlayıb.
Novak Cokoviçin növbəti rəqibi dünya reytinqinin ikincisi, ispan tennisçi Karlos Əlqərəz olacaq.