Con Consun məqsədi

Keçmiş UFC çempionu Con Cons açıqlama verib.

Allsport.az xəbər verir ki, amerikalı döyüşçü karyerasını bərpa etməsi haqda danışıb.

“Mən həftənin beş günü fəal şəkildə məşq edirəm, dopinq test hovuzundayam. “Ağ Evdə” UFC turnirinə hazırlaşıram – bu mənim məqsədimdir, lakin hər şeyi rəhbərlik qərar verir”.

İyunun sonunda Consun karyerasını bitirdiyi məlum olub. Lakin avqust ayında o, UFC-nin dopinq test siyahısına qayıtdı.

Bundan əvvəl UFC prezidenti Dana Uayt turnirin “Ağ Ev”in ərazisində keçirilməsi ilə bağlı razılığı təsdiqləyib.

Həmin kateqoriyadan