- Baxış sayı: 44
- 19 Yanvar 2026 12:47
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Yaponiyada keçirilən XXV yay deflimpiya oyunlarında Azərbaycan idman tarixində ilk gümüş medalını qazanan Coşqun Əliyev bu gün Vətənə qayıdıb
Allsport.az xəbər verir ki, cüdo yığmasının dönüşü münasibətilə Heydər Əliyev beynəlxalq hava limanında heyətin qarşılanma mərasimi baş tutub.
Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, deflimpiya komitəsinin əməkdaşları, idmançının valideynləri və media təmsilçiləri iştirak ediblər. İdmançı, onun valideynləri və komitə rəsmiləri Azərbaycan idman tarixində əldə olunan bu ilk gümüş medal münasibətilə sevinclərini media nümayəndələri ilə bölüşüblər.