- Baxış sayı: 54
- 08 Yanvar 2026 15:25
- Baxış sayı: 134
- Yanvar 09, 2026
- 0

Ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşuannın əmisi Adedamola Coşua, boksçunun karyerasını bitirdiyini elan edib.
Allsport.az xəbər verir ki, bu qərar dekabrın 29-da Coşuannın iki dostunun ölümü ilə nəticələnən ağır yol qəzasından sonra qəbul edilib. Boksçunun özü xəstəxanadan 3 gün sonra evə buraxılıb.
Əmisinin açıqlamasından:
“Onun boksdan getməsi bizi sevindirir. Hər döyüşdə böyük stress yaşayırdıq, o, nokdauna düşəndə ürəyimiz yerindən çıxırdı. İndi o, getdiyini dediyi üçün xoşbəxtik”.
Coşua İBF, WBA və WBO üzrə dünya çempionu, eləcə də 2012-ci il olimpiya qalibidir.