COVİD-19 “İntersport”a da sıçradı: İllik 9 milyard dollar satış edən şirkət İsveçdə bağlanır

Dünyanın ən böyük pərakəndə idman malları satanı “İntersport”un 45 ölkədə 5500 mağazası var. Allsport.az saytı xəbər verir ki, İsveçrənin nəhəng markasının illik 9 milyard dollarlıq idman geyimləri satır. Büdcəsi Qafqaz ölkələrindən böyük olan mağazalar zəncirinin 100 min nəfərə yaxın əməkdaşı var.

COVİD-19 pandemiyası şəhərləri, ölkələri bir-birindən ayırmaqdan qalmadı, insanları günlük həyat tərzlərini dəyişdirməyə məcbur etdi. İdman yarışlarının tərəfdarsız keçirildiyi 2020-ci ildə mal satan şirkətlər də müştərisiz qalmağa başladı. Belədə, zərər görən brendlərin başında heç şübhəsiz bütün idman yarışmalarından sponsor olaraq tanıdığımız “İntersport” gəlir.

Şirkətin koronavirusun tüğyan etdiyi və ilk gündən heç bir karantina tədbiri almayan İsveçdə 100 satış mağazası fəaliyyət göstərir. Hökumət karantina tədbirləri almasa da, vətəndaşlar məsuliyyəti öz üzərlərinə götürmüşcəsinə, məsafə qaydalarına qismən diqqət edir. Belə olan təqdirdə, alış-veriş mərkəzləri, mağazalar ciddi şəkildə müştəri qıtlığı çəkir və sırayla iflas edirlər.

İflas təhlükəsiylə qarşılaşanlardan biri də “İntersport”un İsveç bürosudur. Şirkətin bu ölkə üzrə icraçı direktoru Markus Vibergh mətbuata açıqlamasında mağazalarından 12-ni birdəfəlik bağlama qərarı aldıqlarını, gələcəkdə də bir çoxrının qapadıla biləcəyin söyləyib.

Mansur DADAŞ, İsveç

Həmin kateqoriyadan