- Baxış sayı: 154
- 19 Yanvar 2026 23:23
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

III MDB oyunlarında Şəki şəhər stadionunda çövkən yarışında Azərbaycan millisi bu gün Küveyti 5:0 məğlub edib. Allsport.az saytı xəbər verir ki, bununla da millimiz qrupu 1-ci yerdə başa vuraraq yarımfinala yüksəlib.
Çövkəndə 6 komanda iştirak edir. “A” qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, “B” qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk 2 yeri tutanlar yarımfinala adlayırlar.
Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.