- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Həddindən artıq ağır oyun oldu. Hər iki komanda çox ciddi mübarizə apardı”.
Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Anar Sarıyev deyib.
Azərbaycan basketbol liqasının pley-off mərhələsinin ilk matçında “Xırdalan”a 75:80 hesabı ilə uduzan mütəxəssis bildirib ki, məğlubiyyətin əsas səbəblərindən biri itirilən xallardır: “Rəqib yaxşı oyun nümayiş etdirdi, əzmlə mübarizə apardı və qalib gəldi. Biz çox xallar itirdik. Atışlarımız, cərimə atışlarımız çox zəif idi. Deyərdim ki, məğlubiyyətimizin əsas səbəblərindən biri bu oldu. Bunların üzərində ciddi işləməli, növbəti oyuna hazırlaşmalıyıq. Məncə, ikinci qarşılaşmada da çox maraqlı mübarizə olacaq. Komandama inanıram, həmin qarşılaşmada qələbə qazanıb üçüncü görüşə hazırlaşacağıq”.