- Baxış sayı: 36
- 10 Dekabr 2024 16:34
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
Fəaliyyət göstərdiyi dönəmdən ölkə idmanına rəng qatan “Cüdo-2012” klubu, ACF-in dayaq sütunlarından sayılır. Allsport.az saytının məlumatına görə, ictimai birliyə iş adamı Azər Əsgərov sədrlik edir. Klub qısa müddətdə federasiyanın aparıcı nöqtələrindən birinə çevrilib. Müxtəlif yaş qrupları üzrə ölkə birincilikləri və çempionatlarında “Cüdo-2012” komanda hesabında daim ilk yerdən birinə sahib çıxır; “Neftçi” və “Atilla” idman klubları ilə sağlam rəqabət edir. Klubun inkişaf etməsində vaxtı ilə qocaman məşqçisi Tərlan Həsənovun böyük rolu olub. 82 yaşlı usdadın yetirmələri mötəbər beynəlxalq yarışlarda və oyunlarda yüksək nəticələr qazanırlar.
İctimai birlikdə cüdo ilə yanaşı, akrobatika, aykido, karate, ağırlıqqaldırma (fitnes), müalicə və bərpa bədən tərbiyəsi fəaliyyət göstərir. Bazanın mərkəzdə, 18 saylı orta məktəbə yaxın yerləşməsi, uşaq-yeniyetmələrin böyük axınına səbəb olub. “Cüdo-2012” də idarəçilik daim yüksək səviyyə ilə fərqlənib. Son dövrdə kluba Hafiz Hacıyev, Mübariz Cəfərov və Çingiz Şəfiyev nəzarət ediblər. Adı son çəkilən idman adamı bu yaxınlarda dünyasını dəyişdiyindən, hazırda bu cüdo ocağı Fariz Hüseynova tapşırılıb. O da, sələfləri kimi, cüdo mütəxəssisidir. İdman camiyəsində əsasən təcrübəli hakim kimi tanınır. “A” dərəcəli beynəlxalq referimiz dünya miqyasında böyük nüfuza malikdir.