Cüdo günü qeyd olundu

28 oktyabr – ümumdünya cüdo gününüdür.

Allsport.az xəbər verir ki, əlamətdar günün geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə Azərbaycan cüdo federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib. Turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları cüdo günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini — hörmət, cəsarət və dostluğu — daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.

28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Səlim Kotsoyev kimi olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

Həmin kateqoriyadan