- Baxış sayı: 38
- 12 Yanvar 2025 10:28
- Baxış sayı: 545
- Yanvar 10, 2025
- 0
12 yanvarda 18 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.
Allsport.az xəbər verir ki, “Xilasedici” idman-sağlamlıq mərkəzində keçirilən yarışda qızlar arasında 7 komanda, oğlanlar arasında isə 11 komanda kubok uğrunda mübarizə aparıb.
Qızların yarışında 48 kq, 52 kq, 57 kq, 63 kq və +63 kq çəkilərdə, oğlanların yarışında 60 kq, 66 kq, 73 kq, 81 kq və +81 kq çəki dərəcələrində ümumilikdə 128 cüdoçu gücünü sınayıb.
Qızlar arasında bürünc medal uğrunda görüşlərdə Bakı şəhəri 1 nömrəli İOEUGİM 3:0 hesabı ilə Bakı şəhəri 8 nömrəli İOEUGİM, Bakı şəhəri 13 nömrəli İOEUGİM 3:0 hesabı ilə respublika kompleks idman məktəbinə qalib gəlib. Final görüşü “Neftçi” idman klubu ilə “Cüdo Klub 2012” arasında keçirilib. “Cüdo-2012” klubu 3:2 hesabı ilə qalib gələrək qızlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Oğlanlar arasında bürünc medal uğrunda görüşlərdə Abşeron-Xızı regionunun 1-ci komandası 3:0 hesabı ilə Bakı şəhəri 10 nömrəli İOEUGİM-ə, Bakı şəhəri 1 nömrəli İOEUGİM 3:0 hesabı ilə “Neftçi” idman klubuna qalib gəlib. Final görüşündə “Cüdo-2012” Bakı şəhəri 13 nömrəli İOEUGİM-ə 3:0 hesabı ilə qalib gələrək, oğlanlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Qızlar
Oğlanlar