- Baxış sayı: 98
- 24 Mart 2026 23:23
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

Kişi millisinə yeni idmançı cəlb olunub. Allsport.az saytı xəbər verir ki, Camal Həmzətxanov (+100 kq) beynəlxalq cüdo federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı ilə çıxış edəcək.
23 yaşlı legionçu sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində keçiriləcək açıq Avropa turnirində mübarizə aparacaq.
O, 2018-ci ildə gənclərin dünya çempionatında və 2019-cu ildə Avropa çempionatında bürünc medal qazanıb. Camal 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.