Cüdo üzrə ölkə çempionatına yekun vuruldu

Cüdo üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, qadınların yarışında qalib “Neftçi” idman klubunun 1-ci komandası olub. Gümüş medala “Şuşa” UGİM, bürünc mükafatlara isə “Cüdo klub 2012” və “Umbayev” cüdo llubu sahib çıxıb.

Kişilər arasında yarışda çempionluğu “Cüdo klub 2012” qazanıb. “Atilla” klubu 2-ci, “Kanokan TT” və “Neftçi” idman klubunun 1-ci komandası üçüncü yeri tutub.

Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan cüdo federasiyası (ACF) icraiyyə komitəsinin üzvü, Azərbaycan cüdo veteranları assosiasiyasının prezidenti, “Cüdo klub 2012” ictimai birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və vitse-prezident Elnur Məmmədli təqdim ediblər.

Həmin kateqoriyadan

azenrutr