Cüdo zalı istifadəyə verildi

Azərbaycan idman akademiyasında (ASA) əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib.

Allsport.az xəbər verir ki, zalın açılış mərasimində çıxış edən ASA-nın rektoru Fuad Hacıyev cüdoçuların peşəkar hazırlığının və sağlam həyat tərzinin təşviqinin akademiyanın əsas prioritetləri arasında olduğunu bildirib. Rektor göstərilən dəstəyə görə Azərbaycan cüdo federasiyasına (ACF) minnətdarlığını ifadə edib.

Daha sonra Böyük Britaniyanın Hertfordşir universitetinin professoru Mayk Kallen çıxış edərək, ASA və ACF arasında qurulan üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın cüdo biliklərinin yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq arenada da yayılmasına böyük töhfə verdiyini vurğulayıb.

Həmin kateqoriyadan