- Baxış sayı: 43
- 19 Yanvar 2026 12:47
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

Yeniyetmə oğlanlardan ibarət milli komandanın üzvləri üçün beynəlxalq cüdo federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
Allsport.az xəbər verir ki, məşğələ Azərbaycan cüdo federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə keçirilib.
Tədbirdə qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah olunub, müxtəlif vəziyyətlər üzrə qərarvermə meyarları müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın təkmilləşdirilməsi olub.