Cüdoçularımızdan 21 medal!

III MDB Oyunları çərçivəsində Göygöl olimpiya idman kompleksində cüdoçuların rəqabəti davam edir. Allsport.az saytı xəbər verir ki, bizdən Gülşən Hüseynova (44 kq), Zeyd Ələsgərov (60 kq), Könül Eyvazova (48 kq), Fəxri Sahibzadə (66 kq) və Nərmin Ağamirzadə (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sübhan Axundov (+90 kq), Məhəmməd Ağakişiyev (81 kq), Nəzakət Əliyeva (57) kq), Hüseyn Hüseynov (66 kq), Sunay Salamova (40 kq), Məhəmmədəli Hüsüyev (55 kq), Röyal Qayibov (60 kq) gümüş, Anar Quliyev (50 kq), İbrahim Talıbov (55 kq), Xədicə Abdullayeva (44 kq), Aysun Məmmədova (52 kq), Sadiq Məmmədov (73 kq), Nürəddin Əliyev (90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medallar qazanıblar.

Xatırladaq ki, öncə isə Zemfira Əliyeva (+70 kq) və Fidan Cəlilli (70 kq) bürünc medallar əldə ediblər.

Beləliklə, cüdo yarışlarının ilk günündə idmançılarımız 21 medal qazanıblar.

Həmin kateqoriyadan