- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0
Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.
73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.
90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) – Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.
Zaqreb qran-prisi sentyabrın 26-dək davam edəcək.
73 kq
1/16 final. Hidayət Heydərov – Yonatan Elbaz (İsrail)
90 kq
1/8 final. Məmmədəli Mehdiyev – Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi