Cüdoçuların rəqibləri bilinib

Oktyabrın 10-da Perunun paytaxtı Limada cüdo üzrə qran-pri turnirinin püşkatma mərasimi keçirilib. 

Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 16 idmançı (13 kişi, 3 qadın) ilə təmsil olunacaq. Yarışda 49 ölkədən 284 cüdoçu (165 kişi, 119 qadın) iştirak edəcək.

Lima qran-prisinin təsnifat mərhələsinin görüşlərini bu gün Bakı vaxtı ilə saat 19:00-dan, final blokunu isə 02:00-dan etibarən canlı olaraq JudoTV.com saytından Azərbaycan dilində şərhlə izləyə bilərsiniz.

Kişilər

60 kq, 1/8 final 

Əhməd Yusifov – Peloyame Talent (Botsvana) 

66 kq, 1/8 final 

Ruslan Paşayev – Ari Berliner (ABŞ) / Georgios Balarcişvili (Kipr) cütünün qalibi ilə 

Rəşad Yelkiyev – Çarli Yanq (Böyük Britaniya) / Petros Xristodulides (Kipr) cütünün qalibi ilə 

73 kq, 1/8 final 

Hidayət Heydərov – Dayyan Bulemtafes (Fransa) / Castin Lemir (Kanada) cütünün qalibi ilə 

Rəşid Məmmədəliyev – Aldair Barte Çirrinos (Peru) / Emiliano Sausedo Qoldşmid (ABŞ) cütünün qalibi ilə 

81 kq, 1/16 final 

Vüsal Qələndərzadə – Xorxe Peres (Çili) 

81 kq, 1/8 final 

Ömər Rəcəbli – Luis Pariçe (Venesuela) / Aleksandr Sezar (Kuba) cütünün qalibi ilə 

90 kq, 1/8 final 

Vüqar Talıbov – Tiziano Falkone (İtaliya) 

Murad Fətiyev – Aleksandr Nijnik (ABŞ) / Gilyerme Şimidt (Braziliya) cütünün qalibi ilə 

100 kq, 1/8 final 

Səlim Kotsoyev – Daril Yamamoto (Peru) / Lazar Zdrale (Serbiya) cütünün qalibi ilə 

Əjdər Bağırov – Anxel Antonio Gini (Paraqvay) / Maksims Duynovs (Latviya) 

+100 kq, 1/8 final 

Uşanqi Kokauri – Xose Nova Alkantara (Dominikan) / Stefan Koviniç (Monteneqro) cütünün qalibi ilə 

Kənan Nəsibov – Xanqarid Qantulqa (Monqolustan) 

Qadınlar

48 kq, 1/8 final 

Könül Əliyeva – Erika Xara (Ekvador) 

52 kq, 1/16 final 

Xədicə Qədəşova – Neelo Modise (Botsvana) 

52 kq, 1/8 final 

Aydan Vəliyeva – Qabriela Konseysau (Braziliya) 

Turan Bayramov (60 kq) zədə səbəbindən heyətdən çıxarılıb.

Həmin kateqoriyadan