Veteran cüdoçularımızdan daha 1 qızıl medal

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan üçün uğurlu olub.

Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək, 1-ci yer tutub.

Qeyd edək ki, daha öncə Fərhad Rəcəbli (90 kq) veteranlar arasında 9-cu çempionluğunu qazanıb.

Həmin kateqoriyadan