- Baxış sayı: 43
- 06 Mart 2026 18:28
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Azərbaycan – Braziliya cui-citsu klubunun idmançıları “Cüdo-2012” idman zalında qarşıdakı yarışlara hazırlaşır. Bu gün keçirilən çalışmada Latviyanın ölkəmizdə səfiri Edqars Skuja da iştirak edib. O, 2023-cü ildən bu vəzifənin başındadır. Adı çəkilən idman növündə məşqlər ödənişsizdir.
Ötən il braziliyalı ustad, 6-cı dan qara kəmər sahibi professor Eduardo Sardella (şəkildə soldan ) paytaxtda seminar keçib. İdmançılar imtahan veriblər. Sınaqdan keçənlər kəmər dərəcələri alıblar.
Azərbaycanda bu idman növünün yaradıcısı Taleh Həsənovdur. 2-ci dan qara kəmər sahibi, əsas milli komandanın baş məşqçisidir. Allsport.az saytına açıqlamasında o bildirdi ki, Azərbaycan – Braziliya cui-citsu ictimai birliyi oktyabr-noyabr aylarında açıq ölkə çempionatı keçirməyi planlaşdırır. Beynalxalq tədbirlərə gəlincə, əsas ənənəvi yarışlar Dubayda keçirilir. Amma Braziliyada və ABŞ-də də nüfuzlu turnirlər olur.