Çumbinyo: “Özümü yaxşı hiss edirəm”

Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan “Qarabağ”ın “Qəbələ” ilə hazırlıq matçına cıxdığını bildirmişdik. Allsport.az xəbər verir ki, bu oyunda diqqət çəkən ən vacib olay ağdamlıların braziliyalı yarımmüdafiəçisu Çumbinyonun 1 il 1 aylıq fasilədən sonra geri dönməsi oldu.

Start heyətdə meydana cıxan braziliyalı futbolçu 80 dəqiqə meydanda qaldı. Çumbinyo klub saytına verdiyi açıqlamada oyun haqqında təəssüratlarını bölüşüb:

“1 ildən çoxdur ki, meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi. Fiziki cəhətdən oyuna hazır idim. Düzü, əsas narahatçılığım ayağımda ağrı hiss edə biləcəyimlə bağlı idi. Amma çox şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm”.

Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Sent Etyen”lə qarşılaşmada zədələnərək yaşıl meydançalardan uzaqda qalmışdı.

Həmin kateqoriyadan