“Çünki belədə çatışmazlıqları görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq”

Allsport.az saytı xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Elxan Abdullayev, Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə fikrini açıqlayıb:

“Noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışımızı keçirik. Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik. Rəqib çox güclü komandadır.

Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik. Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqları görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq.

Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”.

Həmin kateqoriyadan