- Baxış sayı: 43
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçuların ölkə kubokunun qrup mərhələsində keçirilən “Azəryol” və “Azərsu” görüşündə maraqlı anlar yaşandı. Vitse-çempion 2-ci hissənin gedişində 8 top irəlidə olmasına rəğmən, sonda təşəbbüsü itirdi və 7-metrlik zərbələrdə üzüldü (28:28; 2:4-p). “Azəryol”un mərkəz oyunçusu Dərya Rusinova allsport.az saytına açıqlamasında yenilgiyə belə şərh verib:
“Böyük ehtimalla, hesabın böyük fərqdə olmasından irəli gələn boşalmağımız öz təsirini etdi. Tempi dəyişdik, sakit oynamağa çalışdıq. Belədə, durumun “Azərsu”ya əlverişli olduğu ortaya çıxdı.
Penaltilərə gəlincə, bu, bəxtdir – kimə gətirdi, bilinmir – daha çox sinir sahibi olana gülür və sonda onlar da qazanırlar”.