- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Dekabrın 18-dən 20-dək İranın Bocnurd şəhərində sərbəst və yunan-Roma güləşi üzrə klublararası dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, 3 güləşçimiz xarici klublarda ölkəmizi təmsil edəcək. Eldəniz Əzizlinin (55 kq) “İran Mall”da çıxış edəcəyi əvvəldən məlum idi. Çünki buna qədər İranın daxili çempionatında da bu komandada güləşmişdi. “İran Mall”ın sərbəst güləş üzrə komandasında da həmyerlilərimiz yer alacaq. Sərbəst güləş yığmamızın liderləri Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) “İran Mall” ilə çempion olmağa çalışacaq.
Dekabrın 18-19-da yunan-Roma, ayın 19-20-də isə sərbəst güləş üzrə yarış keçiriləcək.