Həsən Əliyev: “Daha 3-4 medal qazana bilərdik”

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yunan-Roma millimiz 3-cü yer tutub. Allsport.az saytı xəbər verir ki, komandamızın məşqçisi Həsən Əliyevin bahadırların çıxışını yüksək qiymətləndirib:

“Bütün güləş ailəsini və qələbəmizə sevinən hər kəsi təbrik edirəm. Bu yarışa tam heyətlə yollanmadıq. İki çəkidə yer alan güləşçilərimiz böyüklərin Avropa çempionatına hazırlaşdığı üçün Plovdivə aparmadıq. Bəzi çəkilərdə isə zədə problemiylə üzləşdik.

Daha 3-4 medal qazana bilərdik. Altı çəkidən beşində medal qazanmaq böyük uğurdur. Bu nəticələr idmançıları daha da həvəsləndirəcək. Məşqçilər olaraq əlimizdən gələni edirik ki, güləşçilərimiz belə yüksək nəticələrə imza atsınlar”.

Həmin kateqoriyadan