- Baxış sayı: 90
- 14 Dekabr 2025 10:19
- Baxış sayı: 83
- Dekabr 15, 2025
- 0

Azərbaycanın daha dörd idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. Allsport.az xəbər verir ki, bunlar güləşçilər – Əli Əminzadə və Azərkaşib Məhəmməd, eləcə də ağırlıqqaldıran Vasif Səfərovla atıcı Jalə Bayramovadır.
Bayramova 24 ay, digərləri isə 48 ay müddətinə diskvalifikasiya olunublar. Bunlardan sərbəst güləşçi olan Əli Əminzadə 2016-cı ildə İsveçin paytaxtı Stokholmda keçirilmiş yeniyetmələr üzrə Avropa çempionatının bürünc mükafatçısıdır.
AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.