- Baxış sayı: 25
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan premyer liqasının XIV turunun “Turan-Tovuz” – “Sabah” oyunundan (1:1) sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis görüş barədə danışıb:
“Bura qələbə qazanmaq üçün gəlmişdik. Təəssüf ki, buna nail ola bilmədik. Oyunçularımı təbrik etmək istəyirəm. Çünki bu gün yaxşı oyun sərgilədilər. Lakin daha yaxşı çıxış edə bilərdik. İlk hissədə bir neçə fürsətimiz oldu. Lakin bu hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Xüsusən, son ötürmələrdə dəqiqlik çatmadı. Təəssüf ki, ikinci hissə başlayan kimi qol buraxdıq. Bu cür anda vəziyyətdən çıxmaq heç də asan deyil. Amma oyunçularım mental cəhətdən güclü oldular, təslim olmadılar və oyunda hesabı bərabərləşdirə bildilər. Bu oyunun bizim üçün çox çətin olacağını bilirdik. Çünki “Turan Tovuz” fiziki baxımdan çox güclü komandadır”.