- Baxış sayı: 90
- 19 Mart 2026 22:26
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Latviya çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun oynadıqları “Dauqava” doğma meydanda “Liepaya” ilə qarşılaşıb.
Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:3. Bu oyunda Mirabdulla start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Orxan isə matçın 56-cı dəqiqəsində meydana buraxılıb.
Geridə qalan turlarda cəmi 3 xal toplayan “Dauqava” 8 klub arasında sonuncu pillədə qərarlaşıb.