- Baxış sayı: 43
- 26 Sentyabr 2024 11:36
- Baxış sayı: 72
- Sentyabr 27, 2024
- 0
“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub.
Allsport.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən “Xəzri”, yekunda 95-70 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə “Xəzri” final seriyasında 1-0 hesablı üstünlük əldə edib.
Ən məhsuldar basketbolçular: “Sabah” (Maykl Holton – 19 xal, 9 ötürmə), “Xəzri” (Ceremi Maklaflin – 20 xal, 5 götürmə).